Avtoreyd.az bildirir ki, Avstraliyanın Viktoriya ştatının polisi küçədə avtomobil yarışına çıxan səkkiz avtomobili müsadirə edərək, onları sözün əsl mənasında məhv edib. Ştatda küçə yarışmalarının aşkar edilməsi və qarşısının alınması ilə 2015-ci ilin noyabrında yaradılmış “Taskforce Regarder” operativ qrupu məşğul olur. Bugünə kimi operativ qrupun əməkdaşları tərəfindən 55 sürücü cəzalandırılıb və 24 avtomobil müsadirə olunaraq, məhv edilib. Məhv edilən avtomobillər arasında Nissan Skyline R33, Nissan Silvia S13 və Holden Ute kimi məşhur modellər var. Xuliqanlıqda təqsirli bilinən şəxslərin maşınlarının müsadirəsindən başqa, onlar 2000 Avstraliya dolları məbləğində cərimə olunub, sürücülərdən bəziləri isə uzun müddətə sürücülük hüququndan məhrum olunub. Yarışmaların təşkilatçıları isə həbs edilib. Qeyd edək ki, “Taskforce Regarder” operativ qrupu xəfiyyələrdən, yol polisi zabitlərindən və gizli çalışan agentlərdən ibarətdir.
Avstraliyada küçələrdə avtomobil yarışına çıxanlarla belə mübarizə aparırlar (Video)
Related Post
Ölüm gününü hesablayan saat ixtira edildi – Bu da oldu – VİDEOÖlüm gününü hesablayan saat ixtira edildi – Bu da oldu – VİDEO
Texnologiya nəhəngləri bir-birinin ardınca ağıllı saatlar kəşf edir, istifadəçilərin telefonları ilə şəkil çəkdirməsini, zəng və hətta mesajlaşma ehtiyaclarını saatlarla da həyata keçirməsinə şərait yaradırlar. Ancaq yeni ixtira edilən bu saat
Yüksək sürətlə hərəkət edən sükan arxasında yatdıYüksək sürətlə hərəkət edən sükan arxasında yatdı
“Tesla” sürücüsünün yüksək sürətlə hərəkət edən sükan arxasında yuxuya getdiyini əks etdirən görüntülər internetdə yayılıb. Videonu paylaşan istifadəçinin sözlərinə görə, o, əvvəlcədən gözlərinə inanmayıb. Baş verənləri lentə aldıqdan sonra o,
Paytaxtda tramvay xətləri bərpa oluna bilərPaytaxtda tramvay xətləri bərpa oluna bilər
Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir. AvtoReyd.Az bildirir ki, bunu xeber.az-a şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard