Beynəlxalq avtomobil federasiyası (FIA) Formula E elektrik bolidlərin yarışı seriyasının ikinci nəsil avtomobillərinin şəkillərini dərc edib.

Avtoreyd.az bildirir ki, yeni maşında batareyaların həcmi demək olar ki, iki dəfə artırılıb. Bu isə o deməkdir ki, komandalar artıq yarışın ortasında bolidləri dəyişmədən, daha yüksək sürətlə bütün məsafənin öhdəsindən gələ biləcəklər.

Elektrik avtomobilin təqdimatı bu ilin martında açılacaq Cenevrə avtomobil sərgisində baş tutacaq.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.