AvtoReyd.Az-ın məlumatına görə,Novosibirskdə satış üçün kifayət qədər qeyri-adi avtomobil QAZ-12 ZİM-i çıxardıblar. Klassik sovet limuzini müasir qüvvət aqreqatları ilə təchiz etdilib və indi o gündəlik istifadə üçün uyğundur.
Texniki olaraq avtomobil yığma komandaya bənzəyir: mühərrik – 3-litrlik Nissan VQ-30,Nissandan avtomatik ötürmə qutusu,arxa körpü isə Chevrolet Camarodan yer alıb.
Yeni yığılmış avtomobildə R17 yay təkərlər dəsti quraşdırılıb,belə ki ,Solomon Alsberg B1 Force-un döymə təkərli diskləri və Pirelli Cinturato P7 RunFlat-ın yay şinləri quraşdırılıb.
Limuzinin gözəl salonunu qeyd etmək lazımdır, hansında ki, qurucular klassik və müasir detalları birləşdirməyi bacarıblar. Məsələn, qabaq paneldə orijinal lampalı qəbuledici və iqlim quraşdırması ilə müasir idarə bloku yer alıb.
Satıcının sözlərinə görə bu avtomobili yenidən qurmağa 5-ildən çox vaxt sərf olunub, həm də yalnız ən keyfiyyətli material və detallardan istifadə olunub. Maraqlıdır ki, “onun konstruksiyasına daxil edilmiş dəyişikliklərlə nəqliyyat vasitəsinin uyğunluğu haqqında Şəhadətnamə təhlükəsizlik tələblərinə” rəsmiləşdirilmişdir,buda o deməkdir ki, texniki vasitənin pasportunda bütün informasiya qeyd edilmişdir və gələcəkdə alqi-satqıda heç bir problem yarana bilməz.
Gəlib çıxdıq əsas məsələyə.Heç bilirsiniz bu avtomobilin qiyməti neçiyədir? Bizim pulumuzla təqribən 582 min manat.Qiyməti baha olsa belə,avtomobilə söz ola bilməz.Burada nə söyləmək olar – hər kəsin öz fikri var, necə deyərlər: rənglər və zövqlər mübahisə olunmur.