Avtoreyd.az bildirir ki, Britaniyanın yolsuzluq avtomobili Range Rover Sport 999 pilləni keçməklə, Çində Tyanmen dağında yerləşən “Səma qapıları” tağına qalxıb.
Uzun pilləkənlərə çatmaq üçün avtomobili idarə edən çinli yarışmaçı Tun Xopin, 99 döngənin öhdəsindən gəlməli olub. Zirvəyə gedən yol 999 pillə üzrə 45 dərəcə bucaq altından keçir.
Qeyd edək ki, Tun Xopin “24 Hours of Le Mans” avtomobil yarışının LMP2 kateqoriyası üzrə 2017-ci ilin qalibidir.
Məşhur yolsuzluq avtomobilinin hibrid versiyası 2017-ci ilin oktyabrında təqdim olunub. Onu 300 at güclü turbo mühərriklə və 116 at güclü elektromotorla təchiz ediblər.