Avtoreyd.Az Dörd çarx Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıb


Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında ölən şəxslərin sayıı açıqlanıb.

Dövlət Statistika Komitəsinin  məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bildirilib ki, 2016-cı illə müqayisədə yol qəzalarının sayı 8,6 faiz azalıb.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da 10,6 faiz azalaraq 2469 nəfər olub. Onlardan 750-si ölüb, 1719-u isə yaralanıb.

Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olub.

Related Post

Sürücü 80 kilometr sürətlə əks yola çıxdı – İndi yol polisi həmin sürücünü axtarır – VİDEOSürücü 80 kilometr sürətlə əks yola çıxdı – İndi yol polisi həmin sürücünü axtarır – VİDEO

Qaranlıq vaxtı magistral yolda digər hərəkət iştrakçıları üçün təhlükəli vəziyyət yaranıb. İndi yol polisi həmin sürücünü axtarır. “Kamaz”la əks yola çıxan sürücü saatda 80 kilometr sürətlə hərəkət edir. Görüntülər Bakı-Qazax