Avtoreyd.Az Dörd çarx Bakının Binəqədi rayonunda daha bir küçənin yenidən qurulması yekunlaşır(Video+Foto)

Bakının Binəqədi rayonunda daha bir küçənin yenidən qurulması yekunlaşır(Video+Foto)


Bakının Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, söhbət 945 metr uzunluğa malik Məsud Davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.

Burda da aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 70 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Related Post

Cəlilabadda 5 istiqamət üzrə yollarının yenidən qurulurlması davam edir (Vide+Foto)Cəlilabadda 5 istiqamət üzrə yollarının yenidən qurulurlması davam edir (Vide+Foto)

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə icra olunan

Padar-Sabirabad avtomobil yolu yenidən qurulub (Video+Foto)Padar-Sabirabad avtomobil yolu yenidən qurulub (Video+Foto)

Respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin əsaslı şəkildə yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu