Avtoreyd.Az Gündəm Bakı Metropoliteni pulsuz olacaq – KİMLƏRƏ?

Bakı Metropoliteni pulsuz olacaq – KİMLƏRƏ?


IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı Metropoliteni daha bir yenilik edəcək.

Avtoreyd.az Trend-ə istinadən bildirir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, oyunlar ərəfəsində, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində xüsusi geyim formasında olan könüllülər və Oyunların xüsusi buraxılış vərəqəsi olan akkreditə olunmuş nümayəndələri metropoliten stansiyalarından pulsuz istifadə edəcəklər.

N.Paşayev deyib: “IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri keçirilən günlərdə isə metronun “Koroğlu” stansiyası mərasimdən çıxan iştirakçılar üçün pulsuz olacaq”.

Related Post

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ”həbs” etdiyi şəxslərin ŞOK VİDEO MÜRACİƏTİBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ”həbs” etdiyi şəxslərin ŞOK VİDEO MÜRACİƏTİ

Bir neçə gün bundan əvvəl xəbər yayılmışdı ki, respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların