Avtoreyd.Az Gündəm Sabah yağış və sulu qar yağacaq

Sabah yağış və sulu qar yağacaq


Bazar günü – fevralın 18-də müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi, gecəyə doğru yarımadanın bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət 90-100 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

AvtoReyd.Az

Related Post

Yol polisi Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı ilə əlaqədar sürücülərə müraciət edibYol polisi Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı ilə əlaqədar sürücülərə müraciət edib

Bakıda iyunun 5-9 tarixlərində keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir. Bakı şəhər Baş Polis İdarəsinin BPİ Dövlət Yol Polisi İdarəsinin Yol

Tahir Kərimli: “Parklanma ilə bağlı kütləvi cərimələr narazılıq yaradır”Tahir Kərimli: “Parklanma ilə bağlı kütləvi cərimələr narazılıq yaradır”

Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilsə də, parklanma ilə bağlı problemlər hələ də qalmaqdadır. Sürücülər hazırda paytaxtda olan parkinq yerlərinin bəzilərinin