Avtoreyd.Az Dörd çarx Sumqayıta 70 yeni avtobus gətirilir

Sumqayıta 70 yeni avtobus gətirilir


Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə avtobusların dəyişdirilməsinə başlanılıb.

AvtoReyd.Az bildirir ki, bu barədə “Trend”ə Sumqayıt şəhər İcra Hakimiyyətinin “SumqayıtNəqliyyat” MMC-in rəhbəri Xannı Rüstəmov deyib.
Qurum rəhbəri bildirib ki, şəhərdaxili və şəhərkənarı marşrut xətlərindəki bütün köhnə avtobuslar mart ayına qədər yeniləri ilə əvəzlənəcək:
“Artıq yeni avtobuslar sifariş verilib. Hissə-hissə avtobuslar gətirilərək marşrut xətlərinə buraxılacaq. Hazırda Sumqayıtda əksər marşrut xətlərindəki avtobuslar yenisi ilə əvəzlənib. 3, 2 və 14 saylı marşrutlardakı avtobuslar isə hələ də köhnədir və standartlara cavab vermir. Bu marşrutlardakı avtobusların yenisi ilə əvəzlənməsi üçün 70 yeni avtobus sifariş verilib. Həmin avtobusların yarısı iritutumlu, qalanları isə kiçiktutumludur”.

Related Post

Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA (VİDEO)Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA (VİDEO)

Sumqayıtda daha bir marşrut xətti ləğv edilib. Xeberle.com-un məlumatına görə, yanvarın 8-dən 25 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bu isə həmin marşrut avtobuslarının xidmətlərindən istifadə edən sərnişinlərin narahatlığına səbəb olub. Sərnişinlər Xeberle.com-a bildiriblər

Avtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEOAvtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEO

Sərnişinlər dayanacaqda, sürcülər isə avtobuslarda siqaret çəkirlər. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməsinə baxmayaraq hələ də avtobuslarda və dayanacaqlarda ”siqaret çəkmək qadağandir” nişanları yoxdur. Xezerxeber.az-ın məlumatına görə, avtobus