Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

“BakuBus”MMM-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin verdiyi məlumata görə, avtomobil sıxlığı müşahidə olunan küçələrdə hərəkət edən marşrut xətlərinin intervalında gecikmə müşahidə edilir:

“Hazırda 28 May küçəsi – Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi – Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən avtobuslarımızın intervallarında müvəqəti ləngimələr baş verib. Sərnişinlərdən bunu nəzərə almalarını xahiş edirik”.

/Publika

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.