Avtoreyd.Az AvtoSığorta Sığorta satışındakı edirim problemi

Sığorta satışındakı edirim problemi


Ölkəmizdə “İcbari avtonəqliyyat sığortasına” qanunsuz endirimlər barədə “sığorta agentləri” dəfələrlə giley-güzar edirlər. Mətbuatda dəfələrlə yazılar yazılıb. Məncə ya hamı bilir bunun həllini demək istəmir ya da problem olmasını hamı istəyir(hətta Maliyyə Palatası da) onu müəyyən maraqlar naminə aradan qaldırmaq istəmir,bunu AvtoReyd.Az-a sığorta üzrə hüquq eksperti İlkim İbrahimov bildirib.Problemin aradan qaldırılmasının həll yolunu sığorta şirkətlərindən Xalq Sığorta və Azsığorta ASC agentlərə qanunda göstəriləndən aşağı endirimləri qadağan etməklə edib. Demək istəyirəm ki, bu addım sığorta bazarında bu günə kimi atılan ən CƏSARƏTLİ addımdır. Sığorta şirkəti müştəriyə əlavə endirim verməklə öz maliyyə dayaqlarını zəiflədir. Bununla da, digər müştərilərinin qarşısında ödəniş riskini təhlükəyə atır. Endirimlərdə qənaət etməklə müştərinin haqqına girir.
İcbari avtomobil sığortasının bir əldə cəmlənməsi tendensiyası güclənib və yaxın zamanlarda bu xidməti bəlkə də İcbari Sığorta Bürosu tək əldə cəmləməklə özü idarə edə biləcək. Hələ 1-2 il əvvəl elektron sığorta ilə bağlı fins.az a verdiyim müsahibədə bildirmişdim ki, elektron sığortanın müəyyən mərhələsindən sonra artıq “sığorta agent”lərinə ehtiyac qalmayacaq. Hazırkı şərait mənim dediklərimin əyani sübutudur.

Sığorta üzrə hüquq eksperti: İlkim İbrahimov

 

 

Related Post

Azərbaycanda daha bir sığorta şirkəti sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olacaqAzərbaycanda daha bir sığorta şirkəti sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olacaq

Qala Sığorta” ASC-yə sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olmaq üçün icazə verilib. Bu barədə AvtoReyd.Az İcbari Sığorta Bürosuna istinadən xəbər verir. Bununla da sözügedən sığorta növü üzrə icazəsi olan