Azərbaycan Prezidenti İlham Əliyev Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, sərəncama əsasən Dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.