Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

AvtoReyd.Az xəbər verir ki,Yasamal rayonu D.Bünyadzadə küçəsində hadisə  baş verib bu barədə Bakı Nəqliyyat Agentliyindən Trend-ə məlumat verilib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin sözlərinə görə, qəza VAZ 2107 markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.

VAZ 2107 markalı avtomillə toqquşan nəqliyyat vasitəsi daha sonra 94 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa dəyib. Xətt üzrə daşıyıcının verdiyi məlumata görə, sərnişinlər arasında xəsarət alan olmayıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.