Avtoreyd.Az Gündəm İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb


“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda Bakıda güclü külək əsir, gecəyə doğru isə yağış yağacağı gözlənilir: “Rayonlarda indi yağış yağmağa başlayıb. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur”.

G.Məmmədovanın sözlərinə görə, sabah gündüzdən ölkə ərazisində yağıntılar tədricən kəsiləcək: “Martın 10-u gündüzdən başlayaraq ayın 11-i daxil olmaqla əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda yağıntının olacağı istisna olunmur”.

Mütəxəssis qeyd edib ki, bu gün səhərdən başlayan güclü şimal-qərb küləyi sabah gündüzdən tədricən mülayimləşəcək: “Növbəti günlərdə mülayim şərq küləyi əsəcək. Havanın temperaturu bu gündən etibarən aşağı düşsə də, martın 11-dən temperaturun tədricən yüksələcəyi gözlənilir”.

AvtoReyd.Az

Related Post