AvtoReyd.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, “Zenvo TSR-S” modeli artıq trek yox, ümumi yollar üçün nəzərdə tutulub.
Kapotun altına 5.8 litrlik V8 tipli mühərrik yerləşdirilib. İki kompressorun hesabına aqreqat 1193 at gücü hasil edir. Mühərrik 7 pilləli sürətlər qutusu ilə hərəkətə keçir. Hiperkar arxa ötürücülüdür.
Mühərrik iki rejimdə işləyə bilir. Birinci “Minimum” rejimdə aqreqat 710 at gücü hasil edir. “Maximum” rejimdə isə aqreqat tam gücü ilə, yəni 1193 at gücü ilə işləyir.
Qeyd edək ki, şirkət il ərzində cəmi 5 model istehsal edəcək.








