Avtoreyd.Az Avtoxəbər Sonuncu İran şahının sevimli idman avtomobili hansı markadan olub? Rza Pəhləvi bu eksklüziv avtomobillə necə davranırdı?(video)

Sonuncu İran şahının sevimli idman avtomobili hansı markadan olub? Rza Pəhləvi bu eksklüziv avtomobillə necə davranırdı?(video)

| | 0 Comments | 21:18

 

Dünyaca məşhur italyan avtobrendi “Lamborghini”nin keçmiş əməkdaşı Entso Morutssi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi ilə tanışlığından danışıb. Sən demə, şah öz “Lamborghini Miura” avtomobili ilə hətta qarlı hava da gəzintiyə çıxırmış. Morutssinin hekayəsini əks etdirən 7 dəqiqəlik videoçarxı kolleksiya avtomobillərinin dileri olan Kidston dərc edib.

28 il “Lamborghini” şirkətində çalışan Morutssi, dünyadakı bütün xüsusi dərəcəli əhəmiyyətli müştərilərə yeni avtomobillərin çatdırılması ilə məşğul olub.

Onun danışdığı hekayədə ən parlağı xatirələrdən biri də İranın son şahı Məhəmməd Rza Pəhləvi ilə bağlı olub. Belə ki,  şah üçün xüsusi olaraq hazırlanan “Lamborghini Miura” idman avtomobilini İran hökmdarına Entso Morutssi təqdim edib.

Adətən belə eksklüziv avtomobillərin sahibləri, nəqliyyat vasitələri ilə son dərəcə ehtiyatlı davranır, yalnız hamar yollarda və hava yaxşı olanda gəzintiyə çıxırlar. İran şah isə öz “Lamborghini Miura”sını  qış şinləri ilə təmin etməyi xahiş edir. Məhəmməd Rza Pəhləvinin bu xüsusi avtomobili ilə  tez-tez qar basmış yollarda  gəzintisi, Morutssini son dərəcə təəccübləndirib.

Qeyd edək ki, “Lamborghini Miura” 1966-cı ildən 1973-cü ilə qədər istehsal edilib. Bu müddət ərzində 700-dən artıq belə avtomobil buraxılıb. Konstruktorlar 3 modifikasiya yaradıblar: P400, P400S, P400SV. Ən güclü konfiqurasiyada avtomobilin mühərrikinin həcmi 385 at gücünə bərabər olub, avtomobilin sürətini isə saatda 300 kilometrə qədər artırmaq mümkün olub.

A Winter’s Tale from Kidston.TV on Vimeo.

Related Post