Avtoreyd.Az Gündəm İngiltərəli Rebekka Lounun velosipedlə Londondan Tehrana qədər olan məsafəni qət etməsinin səbəbi nədir? (foto)

İngiltərəli Rebekka Lounun velosipedlə Londondan Tehrana qədər olan məsafəni qət etməsinin səbəbi nədir? (foto)

| | 0 Comments | 23:19

 

İngiltərədən olan xanımın 10 000 kilometr məsafəni keçməyinə səbəb Yaxın Şərq haqqında olan  stereotipləri dağıtmaq olub.

2015-ci ilin iyulunda avropalı Rebekka Lou uzun səyahətə çıxıb. O, təkbaşına Türkiyə, Livan, İordaniya, Misir, Sudan, Oman, BƏƏ-ni keçməklə, qarşısına məqsəd qoyduğu London-İran marşrutunu tamamlayıb.  Bu haqda BBC məlumat yayıb.

Dostları və qohumlarının onun ideyasını ağılsız hesab etdiyindən, Rebekka onlardan dəstək görməyib. Lakin bu onun səyahətinə mane də olmayıb.  Nəqliyyat vasitəsi qismində isə o,  velosipedi seçib. Səyyah xanımın sözlərinə görə, belə nəqliyyat vasitəsi həm insanlara daha yaxındır, həm də adamı  tonusda saxlayır.

Uzun səyahəti zamanı qız tez-tez çətinliklərlə rastlaşıb: su çatışmazlığı, kişilərin həddən artıq ona olan diqqəti, polis sərtliyi və jurnalist peşəsinə nifrət. Buna baxmayaraq, Rebbek Lou bu müddət ərzində bir çox qonaqpərvər və xeyirxah insanla tanış olub. Hansılar ki, səyyah xanımın fikrincə Avropada Yaxın Şərq ölkələri haqqında mövcud olan stereotiplərlə tamamilə üst-üstə düşmürdülər.

İngiltərəli xanım İranda gördüyü qonaqpərvərlikdən danışarkən isə insanların ona həddən artıq yemək verdiklərini qeyd edib. Hətta o dərəcədə ki, bir  çoxundan imtina etməli olub.

Related Post

DİN Gəncədə atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıbDİN Gəncədə atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncə şəhərində atanın 2 yaşlı uşağını avtomobilə vuraraq öldürməsi ilə bağlı məlumat yayıb. AvtoReyd.Az xəbər verir ki, məlumatda bildirilib ki, martın 8-də, saat 8 radələrində Gəncə şəhərində yaşayan