Avtoreyd.Az Gündəm Bölgələrə gedən sərnişinlərə MÜRACİƏT

Bölgələrə gedən sərnişinlərə MÜRACİƏT


Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərə müraciət edib.

Qurumdan verilən məlumata görə, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı  ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

Bayram ərəfəsində,  sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

AvtoReyd.Az

Related Post