Amerikalı aktrisa Teri Haçer maraqlı addım atıb.
Aktrisa evini tərk edərək avtomobildə yaşamağa başlayıb.
Bunun üçün “Volkswagen T1” markalı yaşıl avtomobili seçib.
53 yaşlı Teri avtomobili ilə Malibuda çimərliklərdən birində paparazzilərin hədəfinə tuş gəlib. Aktrisa çay içərək kitab oxuyub, insanlarla söhbət edib.
Xarici KİV-lərdə aktrisanın maliyyə problemi yaşadığı və evsiz qaldığı barədə xəbərlə belə yayılıb.
Teri açıqlamasında bunun yalan olduğunu, “youtube” kanalı üçün “Van Therapy” layihəsi hazırladığı üçün avtomobildə yaşadığını bildirib.
O, hələ uzun müddət avtomobildə qalacağını bildirib.
/Qafqazinfo