Avtoreyd.Az Dörd çarx Binəqədidə daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır (Video+Foto)

Binəqədidə daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır (Video+Foto)


Bakı şəhərində avtomobil yollarının, küçə və prospektlərin yenidən qurulmasi və reabilitasiyası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük layihələr icra olunur. Həyata keçirilən genişmiqyaslı işlərdə məqsəd bütün hərəkət iştirakçılarının rahat və maneəsiz şəkildə gediş-gəişini təmin etməkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,daha bir yol Binəqədi rayonunda əsaslı şəkildə yenidən qurulur. Söhbət 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsindən gedir.

Sözügedən küçədə səth sularının axıdılması üçün nəzərdə tutulan sistemin olmaması, küçə boyu tikilən evlər səbəbindən yağış sularının axınının qarşısının kəsilməsi nəticəsində intensiv yağıntıla zamanı küçə su ilə dolurdu. Bu isə küçə boyu hərəkəti iflic edirdi, üstəlik yol örtüyünü və torpaq yatağını sıradan çıxarırdı.

Küçə ilə normal hərəkətin təmin olunması və sadalanan problemlərin tam olaraq aradan qaldırılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verildi.

Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə 0.8-1 metrhüdürlükdə yararlı qrunt tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərə paralel olaraq səth sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır, 400 mm diametrində borulardan istifadə edilərək 600 metr uzunluğunda yağış suları xətləri çəkilir, lazımi yerlərə yağış barmaqlıqları quraşdırılır. Bununla yağıntılar zamanı yaşanan problemlərin tam olaraq aradan qaldırılması hədəflənir.

Bundan başqa vətəndaşların yolu kənarı ilə rahat və təhlükəsiz şəraitdə hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, kənarlarına 2 min paqon-metrdən çox səki daşları daşları düzülür, yolun hərəkət hissəsinə düşən işıq dirəkləri isə kənarlaşdırılır.

Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək. Daha sonra zəruri yol nişanları quraşdırılmaqla və yolun üfüqi xətlənməsi işləri görülməklə küçə tam yeni və müasir görkəmdə istifadəyə veriləcək.

Related Post

Bu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcəkBu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin