Avtoreyd.Az Gündəm DYP bayrama görə gücləndirilmiş iş rejiminə keçib

DYP bayrama görə gücləndirilmiş iş rejiminə keçib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə İdarənin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bayram günləri ilə əlaqədar DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu müddət ərzində küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək: “Təhlillər göstərir ki, bayram ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir”.

Qeyd olunub ki, belə qəzaların qarşısının alınması və hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.

Related Post

Avtoxuliqanlığı təbliğ edən şəxs həbs edildi – “Bilməzdim ki, axırı belə olacaq” (Video)Avtoxuliqanlığı təbliğ edən şəxs həbs edildi – “Bilməzdim ki, axırı belə olacaq” (Video)

Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan ”Ağdamlı Faiq” tutulub. Söhbət bir neçə gün əvvəl ”Xəzər Xəbər”in gündəmə gətirdiyi bu şəxsdən gedir. Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə Faiq avtomobillərin intensiv hərəkət

Zaqatalada avtomobil yolunun tikintisinə 9 mln. manat ayrılıbZaqatalada avtomobil yolunun tikintisinə 9 mln. manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev  Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az məlumatına görə, sərəncama əsasən 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun