Avtoreyd.Az Dörd çarx Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi – VİDEO

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi – VİDEO


Metronun ”Dərnəgül” stansiyasının çıxışında bu gündən nəqliyyat mübadilə mərkəzi fəaliyyətə başlayıb. Yeni mərkəzdən gün ərzində 100-dən çox avtobus sərnişinlərə xidmət göstərəcək. Mübadilə mərkəzinin istifadəyə verilməsi ilə “Azadlıq” metrosu ətrafındakı tıxac problemi də həll olunacaq.

Bakıda daha bir nəqliyyat mübadilə mərkəzi istifadəyə verildi. Metronun “Dərnəgül” stansiyası yaxınlığındakı nəqliyyat mübadilə mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Metronun giriş-çıxışlarındakı asfalt örtüyü və piyada səkiləri təmir olunub, müvafiq nişanlar qoyulub. Yeni mərkəzin fəaliyyətə başlaması ilə ətraf kənd və qəsəbələrdən metronun “Azadlıq” stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək, yeni mərkəzə köçürülüb.

Sərnişinlərin rahatlığı üçün burada 5 dayanacaq pavilyonu quraşdırılıb. Və bütün pavilyonlarda marşrutların getdiyi istiqamətlər ardıcıllıqla yazılıb.

Ərazidə, eyni zamanda, taksi minik avtomobilləri üçün də dayanacaqlar müəyyənləşdirilərək nişanlanıb. Həmçinin vahid kart sistemi ilə işləyən avtobuslardan rahat istifadə üçün ərazidə ödəniş terminalları da quraşdırılıb.

Related Post

Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,

Ağsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşırAğsuda 5 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu