Avtoreyd.Az Avtoxəbər İlin ən yaxşı avtomobili seçildi – FOTO

İlin ən yaxşı avtomobili seçildi – FOTO


Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.

Avtoreyd.Az APA-ya istinadən xəbər verir ki, sərgi çərçivəsində keçirilən “İlin ümumdünya avtomobili” müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili “Jaguar F-Pace” elan olunub.

Bu model ” Audi Q5″ və “Volkswagen Tiguan” avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu

Related Post

Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)

Avtoreyd.az  bildirir ki, isveçli Viktor Yonson 1960-cı il istehsalı olan azlitrajlı Volvo PV544 avtomobilini, tank tipli zirehli maşının dizel mühərrikiylə təchiz edib. Bunun üçün o, demək olar ki, şassini altı