Avtoreyd.Az Avtoxəbər Ford şirkəti dünyada ən böyük mini-mehmanxana imkanlarıyla pikap istehsal etdi (Video+Foto)

Ford şirkəti dünyada ən böyük mini-mehmanxana imkanlarıyla pikap istehsal etdi (Video+Foto)


Bütün ailəylə səyahət zamanı hərəkətin ən rahat üsullarından biri bu əlbəttə,ki təkərlər üzərində ev hesab edilir. Amma bir çox sürücülərin bu tip avtomobilin ləngliyi və bəzi başqa çətinlikləri xoşuna gəlmir,amma indi hər şey düşdüyümüz kimi deyil.Bu Forda ilk baxışdan bütün stereotiplər artıq dağıdılır.

Yüksək keçicilik qabiliyyəti,dözümlülük və etibarlılıq pikap tipli avtomobilləri həmişə böyük potensiallı avtomobillər kateqoriyasına aid edib.Buna görə,belə avtomobilin üzərində ev düzəltmək ideyası yenilik deyil.Adətən mühəndislər avtomobilə yaşayış modulunu quraşdırırdılar, amma Ford F-750 World Cruiser-lə hər şey başqa cürdü.

Bundan başqa,bu avtomobil hətta təkərlər üzərində ev yox,daşına bilən balaca mehmanxana adlandırmaq olar.Avtomobilin ölçüləri bir neçə modul yerləşdirməyə imkan verdi.Burada hər şey var.Mətbəx,ayaqyolu,duş,anbar və əlbəttə ki,istirahət üçün otaq kimi rahatlıq düşünülüb.Daxili sahənin ölçüsünü təsəvür etmək üçün hər şeyi boşaldsaq ora diqər avtomobil rahat yerləşər.

AvtoReyd.Az bildiri ki,bu pikapın uzunluğu 9,7 m, hündürlüyü 3,6 m və eni 2,5 metr təşkil edir. Belə ölçülər yalnız salona deyil,hətda bayırdan avtomobili yükləməməyə imkan verir.Onun yük yerinə kiçik minik avtomobilini yerləşdirmək olar! Bu avtomobilin çox maraqlı elementi damda yük yeridir, hansında ki, idman inventarını,bir cüt kvadrosikl və ya ehtiyat təkərləri saxlamaq olar.İstehsalçılar yük yerinə baqajı yerləşdirmək üçün xüsusi qaldırıcı qurğu fikirləşiblər.

Mühərrikin hacmi 7.2 litr təşkil edir.Sərnişinlərdən başqa, tamötürücülü avtomobil 4 ton yük daşıya bilər. Qaz balonundan tutmuş,su və elektrik ehtiyyatı istehsalçılar tərəfindən nəzərə alınıb.Bu rahatlıqla uzun müddətli səyahətlər üçün çox gözəl avtomobildir.Qiymətə gəldikdə isə,Fordun qiymət 6 000 000 dollardan başlanır və bu tək minusdur.

AvtoReyd.Az

Related Post