Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

AvtoReyd.Az bildirir ki,veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd olunmalıdır ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.