Avtoreyd.Az Gündəm Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisinə 7 mln. manat ayrılıb

Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisinə 7 mln. manat ayrılıb


Prezident İlham Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 9 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 mln. manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AvtoReyd.Az

Related Post

Avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub – FOTOAvtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub – FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunub. Dairənin diametri 15 metr təşkil edir. Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha