Avtoreyd.Az Dörd çarx Yük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEO

Yük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEO


Yük avtomobilini minik maşını kimi idarə edir…

Xezerxeber.az-ın məlumatına görə, şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin şəhərdə sürətlə hərəkət etdiyini görüb, dərhal onu çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Kadrlara baxdıqda da aydın görünür ki, 10 ZH 674 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü təhlükəli vəziyyət yaradaraq, avtomobili minik maşını kimi idarə edir.

O, hətta ”Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün üzərindən də eyni sürətlə keçərək üzü Dərnəgül şossesinə doğru hərəkətinə davam edir.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir.

Vaqif Əsədov bildirir ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür görüntülər Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən araşdırılır. Qaydaları kobud pozaraq digər hərəkət iştrakçıları üçün təhlükə yaradan bu sürücü aşkar edilərək cərimə olunacaq.

Qeyd edək ki, yük avtomobilləri üçün şəhərdaxili yolda maksimum sürət saatda 60 kilometrdir. Həmin sürücü bu qaydaları pozduğu üçün o, İnzaibati Xətalar Məcəlləsinin 328, yəni ”yolda müəyyən edilmiş sürət həddini aşdığına” görə 50 manat və 2 bal ilə cərimələnəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Paytaxtın şimal girişində 5 km-lik hissə yenidən qurulub (Video+Foto)Paytaxtın şimal girişində 5 km-lik hissə yenidən qurulub (Video+Foto)

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun ilkin mərhələdə 6-11-ci km-lik hissəsində, daha dəqiqi Bakı Beynəlxalq

Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur (Video+Foto)Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur (Video+Foto)

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq