Avtoreyd.Az Gündəm Gəncə-Alabaşlı dəmir yolunun bir hissəsinin təmirinə başlanılıb (Foto)

Gəncə-Alabaşlı dəmir yolunun bir hissəsinin təmirinə başlanılıb (Foto)


Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri çərçivəsində bu gündən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km  yolun əsaslı təmirinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AvtoReyd.Az-a verilən məlumata görə, işlər bir həftə  davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.

Related Post