Son illər muxtar respublikada yol-nəqliyyat kompleksinə daxil olan qurumların fəaliyyətinin təşkili sahəsində ardıcıl tədbirlər görülüb. Bu tədbirlər 2017-ci ilin birinci rübündə də diqqətdə saxlanılıb, Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə isə Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başlayıb. Avtobus hər gün səhər saat 05:00-da Naxçıvan şəhər avtovağzalından yola düşür.

Sərnişinlər muxtar respublikada fəaliyyət göstərən bütün avtovağzallardan Naxçıvan-İğdır marşrutu üzrə 5, Naxçıvan-Ərzurum marşrutu üzrə isə 16 manata bilet əldə edə bilərlər.

© xezerxeber.az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.