Avtoreyd.Az Gündəm DİN-in rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb

DİN-in rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb


Daxili İşlər Nazirliyinin (DİN) rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Səhifədə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

“azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.

Qeyd edək ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.

Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Ötən müddətdə paylaşılan məlumatların izlənmə sayının artması, pozitiv şərhlər səhifəyə ictimaiyyətin marağının göstəricisidir.

AvtoReyd.Az

Related Post

BNA-nın baş direktoru “Qarabağ” – “Roma” oyunundan sonra yaranan nəqliyyat probleminə aydınlıq gətiribBNA-nın baş direktoru “Qarabağ” – “Roma” oyunundan sonra yaranan nəqliyyat probleminə aydınlıq gətirib

“Dəmiryolu vağzalında, hava limanında taksilərin fəaliyyəti tənzimlənəcək. Bununla bağlı təkliflərimizi təqdim etmişik”. AvtoReyd.Az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “ASAN Radio”ya müsahibəsində deyib. Onun sözlərinə görə,