Rusiyanın elan saytlarından birində 1980-ci il istehsalı olan “QAZ-13 Çayka” avtomobili satışa qoyulub.
AvtoReyd.Az xəbər verir ki, avtomobili satan şəxsin iddiasına görə, limuzin səfirliyin xidməti maşını olub və 1982-ci ildə Özbəkistana səfəri zamanı Sovet İKP MK-nın baş katibi Leonid Brejnevi gəzdirib.
Avtomobilin satış qiyməti 30 milyon rubldur (880 min manat).
Publika.az