Avtoreyd.Az Dörd çarx Şirvan-Salyan avtomobil yolunun tikintisinə 10 milyon manat ayrılıb

Şirvan-Salyan avtomobil yolunun tikintisinə 10 milyon manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyev Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AvtoReyd.Az-in məlumatına görə, 122 min nəfərdən artıq əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Şirvan-Salyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Related Post

Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : “Tələsirəm”, “Görmədim”, “Bir də olmaz…”Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : “Tələsirəm”, “Görmədim”, “Bir də olmaz…”

Vətəndaşların yerüstü piyada keçidindən istifadə etməmələri bir sıra hallarda ölüm və xəsarətlərlə nəticələnir. Keçən ay baş verən, piyada vurulması ilə nəticələnən avtoqəzaların bir qismi piyada keçidinin altında və yaxınlığında baş verib. Xətai rayonu,