Avtoreyd.Az AvtoSığorta Sığorta şirkəti “Toyota Bakı Mərkəzi”ni məhkəməyə verib

Sığorta şirkəti “Toyota Bakı Mərkəzi”ni məhkəməyə verib


 “A-Qroup Sığorta Şirkəti” ASC “Toyota Bakı Mərkəzi” MMC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə tələb irəli sürüb.

İddia olunan pul vəsaitinin məbləği açıqlanmır.

Məhkəmə iddianı təmin etməyib.

Qərardan narazı qalan “A-Qroup Sığorta Şirkəti” ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə ASC-nin apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Azərbaycanda tanınmış sığorta şirkəti olan “A-Qroup Sığorta Şirkəti” ASC 1995-ci ildən fəaliyyət göstərir.

“Toyota Bakı Mərkəzi” MMC isə dünyada məşhur olan “Toyota” şirkətinin Azərbaycanda rəsmi dileridir.

Related Post

Sığorta şirkətlərinin qəza komisarları kimdir? Qanunda Qəza komissarı – ifadəsi varmı?”Araşdırma”Sığorta şirkətlərinin qəza komisarları kimdir? Qanunda Qəza komissarı – ifadəsi varmı?”Araşdırma”

“Qəza-komissarı” – vəzifəsi ilə bağlı yazının meydana gəlməsi təsadüfi deyil. Son zamanlar “Azərsığorta”, “Standart İnsurance” və “GünaySığorta” şirkətlərinin imtina hallarında qəza komissarlarının müvafiq araşdırma aparması və yekunda onların gəldiyi qənaətdən