Avtoreyd.Az Dörd çarx Azərbaycana avtomobil idxalı 2,4 dəfə artıb

Azərbaycana avtomobil idxalı 2,4 dəfə artıb


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 3 506 ədəd avtomobil idxal olunub.

AvtoReyd.Az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 075 ədəd avtomobil və ya 2,45 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Related Post

Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıbMehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncamla iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulubAğstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. 4-cü texniki dərəcəyə