Bu gündən Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.