Avtoreyd.Az AvtoSığorta Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək

Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək


Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən sürücülərə bildiriləcək.

Bu barədə qərar Azərbaycan Sığortaçılar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu əməkdaşlarının növbəti görüşündə verilib. Hazırda yoxlanış mərhələsində olan sistem sığorta edilənlərə bir çox üstünlüklər verir.

Sığorta şirkətləri yalnız bu əsaslarla xidmət göstərən təmir müəssisələri ilə əməkdaşlıq edə biləcək. Təmir müəssisəsinin seçilməsi hərrac üsulu ilə olacaq.

Bundan başqa, sığorta şirkəti şərtlər uyqun olduqu halda avtomobili təmir edilən şəxsin yaşayış yerinə yaxın olan təmir müəssisəsini seçməlidir.

Hazırda bu layihə yoxlanış mərhələsindədir, özünü doğruldacağı təqdirdə növbəti həftədən etibarən tətbiq ediləcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Yaşıl Kart nədir?Yaşıl Kart nədir?

Son illər Azərbaycanın regionda yerləşən həmsərhəd dövlətlərlə turistik və ticari əlaqələrinin davamlı inkişafı fonunda ölkəyə gələn əcnəbi turistlərlə yanaşı, qonşu ölkələrə səfər edən azərbaycanlıların da sayının artması müşahidə edilir. Yaxın

Müştərilərə endirim təklif edən sığorta şirkətləri cəzalandırılacaq – VİDEOMüştərilərə endirim təklif edən sığorta şirkətləri cəzalandırılacaq – VİDEO

İcbari sığorta müqavilələri rəsmiləşdirilərkən bəzi sığorta şirkətləri müştərilərə endirim təklif edirlər. AvtoReyd.Az Xezerxeber-ə istinadən məlumat verir ki, İcbari Sığorta Bürosu belə şirkətlərə xəbərdarlıq edib. Belə ki, İcbari Sığortalar haqqında qanun müştəriyə