Avtoreyd.Az Dörd çarx “Formula 1” üzrə Azərbaycan qran-prisi başlayır (Video)

“Formula 1” üzrə Azərbaycan qran-prisi başlayır (Video)


“Formula 1” üzrə növbəti Azərbaycan qran-prisinin başlamasına artıq sayılı saatlar qalıb.

Xezerxeber.az-ın məlumatına görə, dünyanın müxtəlif yerlərindən minlərlə insan sırf bu yarışı izləmək üçün paytaxt Bakıya üz tutur. Yerlərin böyük bir qisminə biletlər isə artıq satılıb.

Ötən yarışlarda olduğu kimi, bu dəfə də izləyiciləri bir-birindən maraqlı şoular gözləyir. Tamaşaçılar adrenalin dolu yarışla yanaşı, dünya ulduzlarının musiqilərindən də zövq ala biləcəklər.

Əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də evinin eyvanı yarış zolağını görən ev sahibləri eyvan icarəsinə başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə öz eyvanlarının icarəsini təklif edirlər.

Eyvanı yarış zolağını görən üçotaqlı evlərin gündəlik kirayəsi adi günlərdə 50-60 manatdan başlayırsa, “Formula 1” oyunları zamanı bu evlər günü 100-120 manatdan təklif edilir.

“Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirir ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Sürücülərin nəzərinə:Bakının bu prospektində hərəkət qismən məhdudlaşdırılacaqSürücülərin nəzərinə:Bakının bu prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Yasamal rayonunun Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur (Video+Foto)Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur (Video+Foto)

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi