Avtoreyd.Az Avtoxəbər Milyonçunun anbarı . Toz içində qədim avtomobilər(Video+Foto)

Milyonçunun anbarı . Toz içində qədim avtomobilər(Video+Foto)


AvtoReyd.Az bildirir ki,Texasda bu yaxınlarda bir kolleksiyaçı toz içində köhnə atılmış qarajda unikal tapıntı aşakar edib. Özüdə birini yox.

Bəxtəvər anbarda iyirminci əsrin birinci yarısında buraxılmış beş eksklüziv retro avtomobili tapıb.Atılmış avtomobilin arasında Cadillac-ın üç modeli: 370B V-12 1932-ci il, Model 370C Town Coupe V-12 1933-cü il, Series 90 V-16 Fleetwood Limousine 1938-ci il, həmçinin Reo Model G Boattail 1908-ci il və 1923-cü ilin Milburn Electric Model 27L elektrik avtomobili var.

Bu atılmış avtomobilər İndianapolis şəhərində hərracda satılacaq. Eksklüziv unudulmuş avtomobillərə görə təxminən 700 000 dollar qazanmaq planlaşdırılır.

Müəyyən olunub ki,tapılmış avtomobillər Texasın Viskonsin ştatından köçən
kolleksiyaçıya məxsusdur.Görünür o vaxt bu avtomobilləri təmir etməyə vəsait tapa bilməyib.

AvtoReyd.Az

Related Post