Avtoreyd.Az Dörd çarx Sürücülərin nəzərinə:Ziya Bünyadov prospektinin bir hissəsi bağlanır.

Sürücülərin nəzərinə:Ziya Bünyadov prospektinin bir hissəsi bağlanır.


Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından başlayaraq “Çermet” körpüsünə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, tam məhdudiyyət prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək.

Prospektin digər hissələrində isə məhdudiyyət qismən tətbiq olunacaq (yol bağlı olmayacaq) və səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Related Post

Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTOSaatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına  əsasən uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə