Bərdə sakininin qoruyub saxladığı avtomobil görənlərin diqqətini cəlb edir. 54 ildir heç bir detalı dəyişdirilməyən avtomobil bu günədək cəmi bir dəfə rənglənib. Və hələ də istifadəyə yararlıdır.
54 yaşı olsa da, ilk günkü kimi saz vəziyyətdədir.
Bərdədə köhnə avtomobil həvəskarı Vüqar Əliyevin 1964-cü ilə aid “QAZ M-21” Volqa avtomobili görənlərin marağına səbəb olur. O deyir ki, avtomobilin yaşı çox olsa da, bu günə qədər cəmi bir dəfə rənglənib, salonunda isə bir qədər yeniliklər edilib, ancaq hələ heç bir detalı dəyişdirilməyib.
Bütün detalları üstündə olan maşın saz vəziyyətdədir.Onunla uzaq məsafələrə də getmək mümkündür.Köhnə model avtomobildən daha çox şəkil çəkdirmək üçün və ya gəlin maşını kimi istifadə edilir.
Vüqar Əliyev deyir ki, əgər qaneedici məbləğdə pul təklif edilsə, avtomobilini satar.