19 nömrəli yeni müntəzəm marşrut xətti ilə bağlı elan edilən müsabiqə dair sənədlər toplusu artıq www.bna.az saytına yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər tanış ola bilər.Bu barədə BNA-dan AvtoReyd.Az-a məlumat verilib.

Qeyd edək ki, təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:
1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması.
2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması.
3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;
4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.

http://www.bna.az/az/musabiqe/515

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.