Avtoreyd.Az Gündəm Şəxsiyyət vəsiqələrində dəyişiklik

Şəxsiyyət vəsiqələrində dəyişiklik


“2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub”.

AvtoReyd.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov “Mobil elektron imza” layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu, elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə daim təkmilləşdirmə işləri həyata keçirir. Nazirlik vətəndaşların rahat şəkildə xidmətlərdən yararlanmaları üçün şərait yaratmaqda davam edir”.

Related Post

Avtomobillər üçün elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilibAvtomobillər üçün elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib

Avtomobillər üçün elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib. AvtoReyd.Az Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat” tətbiqi