Avtoreyd.Az Gündəm ”Bakı-Tbilisi-Qars” üçün sərnişin qatarları alınır (Video)

”Bakı-Tbilisi-Qars” üçün sərnişin qatarları alınır (Video)


”Bakı-Tbilisi-Qars” dəmir yolu xətti ilə sərnişinlər gələn ildən etibarən daşınacaq. Bunun üçün artıq yeni qatarlar da sifariş verilib.

Xezerxeber.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov verib. Onun sözlərinə görə, yeni qatarlarda sərnişinlərin rahatlığı üçün hər şey düşünülüb. Qatarlar İsveç şirkəti tərəfindən hazırlanır.

Yeni qatarlar Azərbaycanın dəmiryolu xətləri arasındakı 1520 millimetrlik enlilikdən Avropa standartına uyğun, yəni 1435 millimetrlik enə avtomatik olaraq keçə biləcək.

Cavid Qurbanov ”Bakı-Tblisi-Qars” dəmir yolu xətti ilə sərnişin daşımalarının qiymətinin çox baha olmuyacağını bildirib.

Qeyd edək ki, hazırda Bakı-Tblisi -Qars dəmir yolu xətti ilə yüklərin daşınması həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Sabah hava yağmursuz olacaqSabah hava yağmursuz olacaq

Sabah, dekabrın 30-da Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,

DİN və Baş Prokurorluq Nail Allahverdiyevin həbsi ilə bağlı birgə rəsmi məlumat yayıbDİN və Baş Prokurorluq Nail Allahverdiyevin həbsi ilə bağlı birgə rəsmi məlumat yayıb

“Dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun