Avtoreyd.Az Dörd çarx Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir (Foto)

Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir (Foto)


Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət təmir edilməyən küçələrin təmir edilməsi ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm addımlar atılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir. Təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu  570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.

Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa Şəfaət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılacaq, köhnələri isə yenisi ilə əvəzlənəcək.

Təmir işlərinin sonuncu mərhələsində küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yolun üfiqi nişanlanma xətləri çəkildikdən sonra Şəfayət Mehdiyev küçəsinin bu hissəsi yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.

Related Post

Avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb (Video)Avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb (Video)

Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb. “Report”un əməkdaşları bununla bağlı mütəmadi olaraq paytaxtın müxtəlif yerlərində müşahidələr aparıb və bu ilin may ayında hazırladığı materialda problemin ciddiliyini

Binəqədi rayonunda daha 2 küçədə təmir-tikinti işləri bitir – VİDEO / FOTOBinəqədi rayonunda daha 2 küçədə təmir-tikinti işləri bitir – VİDEO / FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam

“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb“Bibiheybət yolu”nda zəruri nişanlanma və xətlənmə işləri aparılıb

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib, bu barədə AvtoReyd.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət