Avtoreyd.Az Dörd çarx Vaqif Əsədovdan XƏBƏRDARLIQ

Vaqif Əsədovdan XƏBƏRDARLIQ


Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: “Bu baxımdan bugündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: “Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

AvtoReyd.Az

Related Post

Bakıda bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli dəyişdirildiBakıda bayram tədbiri ilə bağlı marşrutların hərəkət cədvəli dəyişdirildi

Bayram tədbirləri ilə bağlı olaraq bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan aşağıdakı istiqamətlərdə hərəkət edən bəzi marşrut avtobuslarımızın intervalında müvəqqəti ləngimələr yaranıb. AvtoReyd.Az bildirir ki,bu barədə Trend-ə “BakuBus” MMC-nin

Aparılan təmir işləri ilə bağlı bir neçə marşrut xəttində dəyişiklik edilibAparılan təmir işləri ilə bağlı bir neçə marşrut xəttində dəyişiklik edilib

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq