Avtoreyd.Az Dörd çarx Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bu yollarda təmir və rənglənmə işləri aparılır


Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Sabunçu rayonu, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Öncədən təşəkkürümüzü bildiririk!

Related Post

Prezident Ucarda yol tikintisinə 9,7 milyon manat ayırıbPrezident Ucarda yol tikintisinə 9,7 milyon manat ayırıb

Prezident İlham Əliyev Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamla otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi