Avtoreyd.Az Dörd çarx Maştağa-Nardaran yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)

Maştağa-Nardaran yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunda ümumi uzunluqları 18,7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.

 

Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, onlardan biri 8,3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yoludur.

 

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan Maştağa-Nardaran avtomobil yolu yenidənqurma layihəsinə uyğun olaraq eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

 

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin  yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya  xətləri kənarlaşdırılıb. Hazırda yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınır.

 

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.

 

Sözügedən ərazidə müasir yol infrastrukturunun yaradılaraq vətəndaşların istifadəyə verilməsi iyul ayı ərzində nəzərdə tutulub.

Related Post

Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur (Video+Foto)Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur (Video+Foto)

Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində regionalrın sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata

Avtobusda BİABIRÇILIQ – Sərnişinlər bu şəkildə əyləşdirilir – VİDEOAvtobusda BİABIRÇILIQ – Sərnişinlər bu şəkildə əyləşdirilir – VİDEO

Sərnişinlər avtobusa qeyri-qanuni şəkildə yerləşdirilib. Hadisənin Bakı Beynəlxalq Avtovağzalından çıxan Bakı-Zaqatala avtobusunda qeydə alındığı iddia olunur. Videoda avtobusda daha çox sərnişinin getməsi üçün nəqliyyat vasitəsinə əlavə oturacaqlar yerləşdirildiyi görülür. Həmin