Avtoreyd.Az Gündəm Bakıda 2 avtobusun hərəkət marşrutu dəyişdirildi

Bakıda 2 avtobusun hərəkət marşrutu dəyişdirildi


Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanına qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. APA TV-nin məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Dəyişikliyə əsasən, bu gündən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, Azneft dairəsi ilə yolu ilə gedəcək. Avtobusların Bayıldan metronun “Azadlıq prospekti” stansiyası istiqamətində hərəkət edərkən isə AzNeft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyad Sərdarov, Həsən Seyidzadə, Nərimanov, Müşviq küçələri əvəzinə Azneft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.

Bu müddətdə 65 nömrəli marşrut xətti üzrə avtobuslar isə Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.

http://www.youtube.com/watch?v=gYA7c_g-j_c

AvtoReyd.Az

Related Post

Sabah hava dəyişəcəkSabah hava dəyişəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

AvtoReyd.Az azertag-a istinadən məlumat verir ki,Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü