Zərdab yol polisi bölməsinin əməkdaşları reyd keçirib.
Xezerxeber.az-ın məlumatına görə, yoxlamalar zamanı avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi və ya avtomobili nömrə nişanı olmadan idarə edən sürücülər aşkarlanıb.
Reyddə ümumilikdə 40-a yaxın avtomobilin sürücüsü yoxlanılıb.
Yaşayış məntəqlərinə yaxın olan ərazidə yüksək hədlə hərəkət edən sürücülər də qanundan yayına bilməyib. Bəzi sürücülər yol hərəkəti qaydalarını pozsalar da özlərini haqlı çıxarmağa çalışıblar.
Bundan başqa, təhlükəziklik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya qoşan, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi və ya avtomobili nömrə nişanı olmadan idarə edən sürücülər də aşkarlanıb.
Reydlərin mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: