Avtoreyd.Az Dörd çarx Təbriz küçəsinin yenidən qurulması yekunlaşıb (Video+Foto)

Təbriz küçəsinin yenidən qurulması yekunlaşıb (Video+Foto)


Təbriz küçəsinin yenidən qurulması yekunlaşıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, küçənin əsaslı şəkildə yenidənqurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişii lə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, istismar müddəti bitmiş 2.9 km uzunluğunda su və 1.5 km uzunluğunda qaz xətləri yenidən çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Bundan başqa, təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə və yol boyu mövcud yol ayrıcına 1600 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu və kipləşdirmə işləri aparılıb, yol ayrıcı və piyada səkiləri bərpa olunub, kənarlarında köhnə səki daşları sökülərək 10 min p-metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub.

Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 40 ədəd yeni yağış barmaqlıqları və 138 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənib, əzlvə olaraq yola 28 ədəd işıq dirəyi quraşdırılıb.

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 55 min kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa Əhməd Rəcəbli küçəsini bir hissəsində də təmir-tikinti işləri aparılıb. Bu işlər küçənin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində görülüb. Bu hissənin uzunluğu bir istiqamət üzrə 265 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində yol ayrıcının eninin kiçildilməsi nəticəsində yolun hərəkət hissəsinin eni genişləndirilib. Yol ayrıcına və yolun kənarlarına 1 min paqon-metrdən artıq yeni səki daşı düzülüb, asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib, yolcızgi və yolgöstərici xətlər çəkilib.

Related Post

Kimyəvi təmizləməyə maraq artıb – Bu təmizləmə avtomobilə ziyan da vura bilər – VİDEOKimyəvi təmizləməyə maraq artıb – Bu təmizləmə avtomobilə ziyan da vura bilər – VİDEO

Avtomobilin oturacaqları sökülür, təhlükəsizlik kəmərləri və salonu xüsusi mayə ilə yuyulur. Son illər avtomobillərin kimyəvi təmizlənməsinə maraq artıb. Xezerxeber.az-ın məlumatına görə, bu işlə məşğul olanlar bildirir ki, əsasən yaz fəslində

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin